Bazar , Avqust 23 2026
azfa

Azərbaycanlı fəal Əfşin Sübhi Ərdəbildə ETTELAAT İdarəsinə çağrılaraq hədələnib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal Əfşin Sübhi Ərdəbildə ETTELAAT İdarəsinə çağrılaraq hədələnib.

Rejimin ETTELAAT İdarəsindən çərşənbə axşamı azərbaycanlı fəal Əfşin Sübhiyə zəng edib, onu ETTELAAT İdarəsinə çağrılaraq hədələyiblər. Azərbaycanlı fəala beləliklə ciddi psixoloji təzyiq göstərilib.

Çağrılaraq 3 saatdan artıq sorğu-suala tutulan fəal deyiblər ki, fəaliyyətinə davam etsə, eləcə də fəallarla əlaqə saxlasa uzun müddətli həbs ediləcək.

Rejimin məmurları həmçinin azərbaycanlı fəalın ata evinə glib və məhkəmə qərarı təqdim etmədən evdə axtarış aparıblar.

Həmçinin yoxlayın

Molla rejimi ordunun müdafiədən hücum doktrinasına keçdiyini bildirir

GADTB: İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki son hərbi əməliyyatlardan …

Molla rejimi husilərə yeni hərbi və texniki dəstək göndərir

GADTB: “Şeba Kəşfiyyatı” İranın Yəməndə hərbi və texniki mövcudluğunu gücləndirdiyini açıqlayıb. Məlumata görə, “Əbu Mustafa” …