Təbrizdə həbs edilən azərbaycanlı gəncin həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Təbrizdə həbs etdiyi azərbaycanlı gənc Babək Əmarətin həyatı təhlükədədir.

Oktyabrın 21-də Təbrizdə etirazlar zamanı həbs edilən 20 yaşlı azərbaycanlı Babək Əmarətdən heç bir xəbər yoxdur. Onun həbsindən iki aya yaxın vaxt keçsə də, ailəsi onunla əlaqə saxlaya bilmir. Həmçinin Babəkin Təbriz zindanında hansı şəraitdə saxlanıldığı məlum deyil.

Molla rejimi tərəfindən həbs olunan azərbaycanlı gənc barəsində məlumatın olmaması ciddi nigaranlıq doğurmaqdadır.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …