Bazar ertəsi , İyul 13 2026
azfa

Molla rejimi Məlikanda azərbaycanlı milli fəal Məhəmməd Rəcəbini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Məlikan şəhərindən olan azərbaycanlı milli fəal Məhəmməd Rəcəbini həbs edib.

Molla rejiminin məmurları azərbaycanlı fəalı dekabrın 19-da yaxalayıblar.

Hələlik Məhəmməd Rəcəbinin həbs səbəbi və hara saxlandığı barədə ailəsinə məlumat verilmir.

Qeyd edək ki, irqçi fars-molla rejimi etirazlarla bağlı çox sayda azərbaycanlı fəalı həbs edib. Xüsusilə son həftələr Məlikan şəhərində 26 azərbaycanlı fəal həbs edilib.

Həmçinin yoxlayın

Təbrizin Başmaqçı bazarında yanğın baş verib

GADTB: İyulun 13-də Təbrizin Başmaqçı bazarında yerləşən mağazalardan birində elektrik generatorunun alışması nəticəsində yanğın baş …

“New York Times”: Əhmədinejad İsrailin onu hakimiyyətə gətirməsi üçün “Mossad” rəhbəri ilə görüşüb

GADTB: İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. …