Çərşənbə , Sentyabr 23 2026
azfa

Molla rejimin Təbrizdə həbs etdiyi azərbaycanlı gənc Hüseyn Xacəvinin talei barədə məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin həbs etdiyi azərbaycanlı gənc Hüseyn Xacəvinin talei barədə məlumat verilmir.

Dekabrın 3-də Təbrizin Vəliəsr məhəlləsində molla rejiminin məmurları tərəfindən həbs edilən 20 yaşlı azərbaycanlı fəal barədə məlumat verilmir.

Fəalın ailəsi övladlarının durumu ilə bağlı aidiyyəti orqanlara müraciət etsələr də, heç bir məlumat ala bilməyiblər.

Hələlik azərbaycanlı gənc Hüsüyn Xacəvinin həbs səbəbi və harada saxlanılması barədə məlumat əldə etmək mümkün olmayıb. Bu isə fəalın ailəsi və yaxınlarının ciddi narahalığına səbəb olub.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …