Cümə axşamı , İyul 16 2026
azfa

İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatı: Urmiya gölü problemi böhran həddinə çatıb

İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli Selaceqe deyib: “Urmiyada ciddi problemlərimiz var və böhran sərhəddinə çatmışıq. Urmiyanın su kvotası var və təcili şəkildə müəyyən edilməlidir”.

“Jamaran” saytının xəbərinə görə, o, habelə qeyd edib ki, ölkənin su təchizatının vəziyyəti ilə bağlı qırmızı işıq yandırılıb.

Qeyd edək ki, bir müddət öncə İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının daha bir rəsmisi də bildirib: “Urmu gölünün su kvotası tam təmin olunmazsa, bu günlərdə Urmiya gölünün kritik vəziyyəti ilə bağlı, bu göl tədricən mövsümi bataqlığa çevriləcək”.

Urmiya gölünün qurudulması ilə bağlı xəbərdarlıq insan haqları və ekologiya təşkilatları ilə yanaşı Güney Azərbaycanın milli və vətəndaş cəmiyyəti fəalları tərəfindən də dəfələrlə səsləndirilib./Azad İran

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Türkiyənin Sidneydəki konsulluğunda keçirilən tədbirə qatılıb

GADTB: Avstraliya Azərbaycan Assosiasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Sentkom: Böyük Tunb adasında rejimin sahil müdafiə sistemləri və raket obyektləri hədəfə alınıb

GADTB: ABŞ Mərkəzi Komandanlığı (Sentkom) İran İslam Respublikası rejiminin Böyük Tunb adasında yerləşən hərbi obyektlərinə …