Molla rejimi Urmiya gölünü qurutdu; Gölün cəmi 6 faizi qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Urmiya gölünü qurutmaqda davam edir və gölün artıq 6 faizi qalıb.

Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkətinin veb saytında dərc olunan son məlumatda bildirilir ki, Urmiya gölünün su səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 sm azalıb.

“Urmiya gölünün sahəsi ötən illə müqayisədə 1139,96 kvadrat kilometr azalaraq, 938,10 kvadrat kilometrə çatıb. Bu, uzunmüddətli orta göstəricidən 3729,58 kvadrat kilometr azdır. Göldə suyun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,41 milyard kubmetr, uzunmüddətli dövrdə isə 15.70 milyard kubmetr azalıb. Hazırda Urmiya gölünün 94 faizi quruyub”, – məlumatda deyilir.

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …