Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Molla rejimi təbrizli körpəyə türkcə olan Elana adına görə doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi təbrizli körpəyə türkcə olan Elana adına görə doğum şəhadətnaməsi vermir.

Azərbaycanlı milli-mədəni fəal Hamid Allahverdipur bununla bağlı özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

Hamid Allehverdipur yazıb ki, qızına türkcə Elana adı seçdiyi üçün İran Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi doğum şəhadətnaməsi verməkdən imtina edib.

Azərbaycanlı fəal bildirib ki,  İran Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsini məhkəməyə verməkdən başqa yolu qalmayıb.

Qeyd edək ki, İranın irqçi fars-molla rejimi Azərbaycan Türk Millətini bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək üçün onlara öz övladlarına türkcə ad qoymağı qadağan edib.

Həmçinin yoxlayın

Molla rejimin Ermənistandakı səfiri Zəngəzur dəhlizinə qarşı olduqlarını deyir

GADTB: İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bu dəfə ABŞ-ı bəhanə edərək, ABŞ-nin İran sərhədləri yaxınlığında …

Tramp molla rejimi ilə müharibəni davam etdirmək üçün üç variantı nəzərdən keçirir

GADTB: “Vaşinqton Tayms” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp İran İslam Respublikası ilə bağlı …