Molla rejimi Saleh Molla Abbasi və daha iki Əhərdən olan fəalı mühakimə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Saleh Molla Abbasi və daha iki Əhərdən olan fəalı mühakimə edir.

Molla rejiminin Əhərdə yerləşən Ədliyyə idarəsi azərbaycanlı fəallar Saleh Molla Abbasi, Humeyra Torabi və Almas Bəzzaz Qədimin dosyesini icraata alaraq, işə baxılması üçün məhkəməyə göndərib.

Molla rejimi azərbaycanlı fəal Saleh Molla Abbasini şərləyərək “Ölkənin təhlükəsizliyini qarışdırmaq üçün əhalini qətlə və müharibəyə təşviq etmək”, “Etirazların davam etməsi ilə diktator devrilər deməklə İran rəhbərini təhqir etmək”, “İslamı təhqir etmə”, “İranla düşmən ölkələrlə əməkdaşlıq” və “İctimai rəyi çaşdırmaq məqsədilə virtual aləmdə yalan yaymaq”da ittiham edib.

Qeyd edək ki, azərbaycanlı milli fəal Saleh Molla Abbasi oktyabrın 9-da Əhər şəhərində yerləşən şəxsi evində yaxalanıb.

Fəal 18 oktyabrda ona qarşı haqsızlıq və qanunsuzluqlara görə aclıq aksiyasına başlayacağını bildirmişdi.

Fəalın həyat yoldaşı Homeyra Turabi onun ETTELAAT məmurları tərəfindən saxlanıldığı zaman şəxsi əşyalarının, o cümlədən telefon və komputerinin də aparıldığını bildirmişdi.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …