Molla rejimi ən azı 100 etirazçını ölümə məhkum edib, 500 etirazçını qətlə yetirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda ən azı 100 etirazçıya edam hökmü verilib və ya verilmək üzrədir. Ən azı 476 etirazçı da öldürülüb

İran İnsan Haqları Təşkilatı 27 dekabr 2022-ci il tarixli hesabatında bildirib:

“Hazırkı ümumxalq etirazlarındada 64-ü uşaq və 34-ü qadın olmaqla ən azı 476 nəfər İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Ölənlərin sayının artması bu yaxınlarda aparılan yoxlamalarla bağlıdır”.

Bundan əlavə, ən azı 100 etirazçı hazırda edam və ölüm hökmünün verilməsi riski altındadır. Bunlar minimum rəqəmlərdir, çünki əksər ailələrə sakit qalmaq üçün təzyiq göstərilir, real rəqəmlərin isə daha böyük olduğu gözlənilir./Azad İran

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …