Çərşənbə , Sentyabr 23 2026
azfa

Molla rejimi Marağadan olan azərbaycanlı fəal Hüseyn Səhhətə ittiham elan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Hüseyn Səhhətə ittiham aktı verib.

Molla rejiminin Marağadakı Ümumi və İnqilab Məhkəməsinin 1-ci şöbəsinin hakimi Əli Borci Fərəci Marağa şəhərində keçirilən etiraz aksiyalarında həbs edilən Hüseyn Səhhət barəsində “Sistemə qarşı təbliğat” ittihamı irəli sürüb.

Rejimin məhkəmə hakim azərbaycanlı fəalın müdafiəsini qəbul etməyib və onun ictimai yerlərdə hakimiyyət əleyhinə şüarlar səsləndirdiyini bildirərək, bunu “hökumətə qarşı təbliğat” ittihamı kimi təsdiq edib.

Qeyd edək ki, Hüseyn Səhhətə növbəti məhkəmə iclasında cəza ilə bağlı qərar çıxarılacaq.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …