Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

İran səfiri: “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyi deməkdir”

GADTB: İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri deyib: “İran bütün qonşu ölkələrlə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək siyasəti yürüdür”.

“Ermənistan bizimlə qonşu və dost ölkədir. Biz Ermənistanla münasibətlərimizi məhz bunun əsasında qururuq. Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir”, – səfir bildirib.

Onun iddiasına görə, İranın mövqeyi həmişə beynəlxalq qanunlara uyğun olaraq bütün ölkələrin, o cümlədən Ermənistanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməkdən ibarət olub: “Ümid edirəm ki, iki qədim və çoxəsrlik ölkə arasında bu qarşılıqlı əlaqə bundan sonra da inkişaf edəcək”.

İranlı diplomat həmçinin qeyd edib ki, Tehran və Yerevan arasında yollar, iqtisadi əməkdaşlıq və digər sahələrlə bağlı müxtəlif istiqamətlərdə işlər aparılır.  / Azad İran

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …