Molla rejimi Türkiyənin qarda evsiz qlana zəlzələ bölgəsinə yardım göndərməsinə mane oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda zəlzələ nəticəsində evsiz qalan əhaliyə yardım göstərməyən İran Türk Qızıl Aypara Cəmiyyətinin zəlzələdən zərər çəkənlərə yardım tələbini rədd edib.

Güney Azərbaycanda əhaliyə yardımın gecikməsinə türk xalqının sərt reaksiyasından sonra Türk Qızıl Aypara Cəmiyyətinin rəhbəri öz Tvitter hesabında bu barədə paylaşım edib.

“İran tərəfi “Özümüz öhdəsindən gələ bilərik, təşəkkür edirik” deyərək, Qızıl Ayparanın Xoyda baş vermiş zəlzələdən zərər çəkənlərə yardım təklifini geri çevirdi”, – paylaşımda deyilir.

Qeyd edək ki, 28-29 yanvar tarixlərində Xoyda baş verən iki ardıcıl zəlzələ nəticəsində 3 nəfər ölüb, 1200-ə yaxın şəxs yaralanıb. Evləri dağılanlara hökumətin yardım etməməsinə görə insanlar qarda, soyuqda küçələrdə yatmağa məcbur olurlar.

Həmçinin yoxlayın

Molla rejimi həbs eydiyi azərbaycanlı milli fəalın həyat yoldaşını da ETTELAAT İdarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi mayın 15-də Kərəc şəhərində həbs …

Türkiyənin Avropada ikinci güclü orduya malik olduğu açıqlamndı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Ordusunun Avropada ikinci və NATO-da üçüncü ən …