Bazar ertəsi , İyul 27 2026
azfa

Təbrizli həkimlər Xoyun zəlzələ bölgəsinə 50 konteyner göndərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin Vəliəsr xəstəxanasının həkimləri Xoy zəlzələsindən zərər çəkənlərə yardım kampaniyası başladıb və zəlzələ bölgəsinə 50 kontiner alıb göndərirlər.

Bununla bağlı doktor Əlirza Rəhimi açıqlama verərək deyib ki, təbrizli həkimlər öz vəsaitləri hesabına 50 konteyner alaraq zəlzələ qurbanlarının yerləşdirilməsi üçün Xoy şəhərinə göndəriblər.

doktor Rəhimi deyib: “Təbriz Tibb Sistemi Təşkilatının İdarə Heyətinin fevralın 6-da keçirdiyi iclasda zəlzələdən zərər çəkənlərin müvəqqəti yaşayış yeri ilə təmin etmək üçün daha çox konteyner alınması qərara alındı. Bu işin səmərəliliyini artırmaq üçün xüsusi proqram hazırlamışıq”.

Həmçinin yoxlayın

Molla rejimi Bocnurd türkü Araş Mirzayini 3 il həbs cəzasına məhkum edib

GADTB: 19 yaşlı Bocnurd şəhərindən olan türk gənci Araş Mirzayi Bocnurd İnqilab Məhkəməsinin 107 saylı …

Molla rejimi nüvə proqramını danışıqlarda sonuncu prioritet kimi təqdim edir

GADTB: Əl-ərəbiyyə telekanalının bir mənbəyə istinadən verdiyi məlumata görə, İran Pakistan rəsmilərinə danışıqları tərk etmədiyini, …