Çərşənbə , Sentyabr 30 2026
azfa

Çarmahal və Bəxtiyarinin Saman şəhərində etiraz aksiyası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, dünən aprel ayının 17-də əhalisinin əksəri türklərdən ibarət olan Çarmahal və Bəxtiyarinin Saman şəhərində əhali yürüş keçirərək, rejimin bu bölgənin suyunu İsfahan şəhərinə yönləndrməsinə kəskin etiraz ediblər.

İrqçi fars rejiminin bu siyasətinə etiraz edən əhali rejimə və yerli məsullara qarşı şüarlar səsləndirərək, Saman şəhərinin suyunun İsfahana yönləndirməsinə kəskin etiraz bildiriblər. Vilayət əhalisini birləşməyə dəvət edən yürüş iştirakçıları, insanları rejimin bu siyasətinin qarşısında dayanmağa çağırıblar.

Qeyd edək ki, irqçi fars rejimi qeyri-farsların ərazisindən çayları fars bölgələri, o cümlədən İsfahana yönəldir. Bu da yerli əhalinin etirazlarına səbəb olur.

Həmçinin yoxlayın

Vens: İran ticarət gəmilərinə hücum etməklə İslamabad anlaşmasını uğursuzluğa düçar edib

GADTB: ABŞ-ın vitse-prezidenti Cey Di Vens amerikalı konservativ jurnalist və podkast aparıcısı Vinsent Koqlyanezi ilə …

Netanyahu İsrailə mümkün hücum barədə xəbərdarlıq edib

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Bir cavab yazın