Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

İşğalçı Ermənistanın əksər şəhərlərində şagirdlər etiraza qoşuldu

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistanın Şirak vilayətində etirazlar başlayıb. Etirazçılar Şirak vilayət administrasiyasının qarşısına toplaşıb. Aksiyada iştirak edənlərin böyük qismini məktəblilər təşkil edib. Mətbuat aksiya zamanı 1 yeniyetməninin polis tərəfindən həbs edildiyini bildirib.

Şirak vilayətinin mərkəzi sayılan Gümrüdə valideynlərə övladlarını aksiyalara buraxmamaları barədə xəbərdarlıq edilib. Bəzi məktəblərin qapıları qapadılıb və şagirdlərin məktəblərdən çıxışına qadağa qoyulub.

Artıq aksiyalara İrəvandakı bəzi məktəblər də qoşulub. Polis məktəblilərin bir qisminə qarşı zor tətbiq edib.

Ermənistanın Vanadzor şəhərində də aksiyalar start götürüb. Aksiyalar Ayka meydanında başlayıb. Buradakı aksiyaları deputat Zarui Postancyan başladıb.

Postancyan məktəblilərin aksiyalara qoşulmasında heç bir problemin olmadığını bildirib.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın