Molla rejimin həbs etdiyi azərbaycanlı müəllim məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin həbs etdiyi Tehran Müəllimlər İttifaqının üzvü, İran Təhsil İşçiləri Həmkarlar İttifaqının Koordinasiya Şurasının müfəttişi və Ana dilində təhsil hüququnun müdafiəçisi, müəllim Cəfər İbrahimi Tehranın Evin həbsxanasından məzuniyyətə buraxılıb.

Azərbaycanlı məhbus Universitetdə doktoranturaya qəbul imtahanında iştirak etmək üçün özünün məzuniyyət hüququndan istifadə edib.

Qeyd edək ki, Cəfər İbrahimi İran Müəllimlər Birliyinin 2022-ci il 1 maya təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə aprelin 30-da Rəsul Budaği, Əliəkbər Bağati və Məhəmməd Həbibi ilə birgə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Cəfər İbrahiminin müvəqqəti azadlığa çıxması üçün 700 milyon tümənlik vəsiqə qərarlaşdırılmışr. Lakin fəalın ailəsi vəsiqəni təmin etsə də molla rejimin məmurları onun zaminə buraxılmasına mane olmuşdular.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …