Çərşənbə , Sentyabr 23 2026
azfa

Azərbaycan rusların müşayiəti ilə ermənilərin Qarabağa silah daşımasına xəbərdalıq etdi

GADTB: Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra ermənilər eyni yoldan hərbi təyinatlı yükləri daşımağa davam edib, bu dəfə Rusiya sülhməramlının müşayiəti ilə. Rusların orada olması Azərbaycanın müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır.

Bu, həm də Azərbaycan Müdafiə Nazirliyinin dünənki xəbərdarlığına baxmayaraq, ermənilərin planlarından əl çəkmədiyinin isbatıdır.

Azərbaycan Müdafiə Nazirliyi eyni məzmunlu xəbərdarlığı bu gün də edib. XİN də bəyan etdi ki, “Azərbaycan bütün zəruri addımları atmaqda qərarlıdır və bu ölkəmizin suveren hüququdur”.

Rəsmi Bakının indi xəbərdarlıqla kifayətlənməsinin iki mümkün səbəbi ola bilər: ya Qarabağda erməni əhalisinin inteqrasiyasının aktual olduğu vaxt yeni gərginliyin prosesə zərər verəcəyini nəzərə alaraq, hələ ki, ritorikadan istifadə edir; ya da miqyası və hədəfi baxımından daha genişçaplı addımlar atılacaq və “biz dəfələrlə xəbərdarlıq etdik” istiqamətində beynəlxalq ictimai rəyi formalaşdırır.

Ermənilərin xəbərdarlıqları nəzərə almadığı təcrübəsi və Bakının bunu bildiyi reallığını nəzərə alsaq, ikinci versiya daha güclüdür.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …