Molla rejimi həbs etdiyi azərbaycanlı fəal Pejman Moini zaminə buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi martın 4-də Ərdəbil şəhərində şəhərində həbs etdiyi azərbaycanlı fəal Pejman Moini zaminə buraxıb.

Güney Azərbaycanın Ərdəbil şəhərindən olan azərbaycanlı fəal Prjman Moin 50 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılıb.

Qeyd edək ki, Pejman Moin martın 4-də ərdəbil şəhərində zəhərlənən şagirdlərin valideynlərinin keçirdiyi etiraz aksiyasına qoşulduğu üçün molla rejiminin məmurları tərəfindən həbs edilmişdi.

Heç bir günahı olmayan azərbaycanlı fəalın hələlik nədə ittiham edildiyi və barəsində qaldırılan cinayət işi barədə açıqlama verilməyib.

Həmçinin yoxlayın

Molla rejimi daxilində çəkişmə ABŞ ilə danışıqları çətinləşdirir

GADTB: “The New York Post” qəzeti yazır ki, İranda hakimiyyət uğrunda daxili mübarizə ABŞ ilə …

Molla rejimi Güney Azərbaycan şəhərlərində fəalları həbs etməkdə davam edir

GADTB: İrqçi fars-molla rejimi məmurlrı Güney Azərbaycan şəhərlərində fəalları həbs etməkdə davam edir. Son həftə …