Bazar , Noyabr 29 2026
azfa

İran Suriyanı narkotik istehsalı mərkəzinə çevirib: Üç milyon “cihad həbi” saxlanıldı

GADTB: İraq hakimiyyəti İraq-Suriya sərhədindəki əl-Qaim şəhərində üç milyon “Captagon” tableti daşıyan yük maşınını saxlayıb.

Bu həb radikal islamçı yaraqlılar arasında populyarlığına görə “cihad həbi” kimi tanınan amfetamin tipli stimullaşdırıcıdır.

Qeyd olunur ki, həblər soyuducu yük maşını ilə daşınan alma qutularında gizlədilib.

Bildirilir ki, əl-Qaim “İran tərəfindən dəstəklənən İraq silahlılarının qalasıdır və bölgədəki yaraqlılar həm də sərhədin Suriya tərəfindəki Əlbu Kamal şəhərinə nəzarət edir, ərazidən silah saxlamaq və daşımaq üçün istifadə”.

“Son illərdə Suriya qeyri-qanuni sintetik narkotikin istehsalı üçün əsas mərkəzə çevrilib və “Captagon”dan sui-istifadə bütün regionda artan problemə çevrilib”, – məlumatda deyilir. / Azad İran

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …