Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi Təbrizdə Azərbaycan konsulluğuna qarşı terrorçularının əlilə təxribat törədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdəki Azərbaycanın Baş konsulluğuna qarşı təxribat törətməkdədir.

Molla rejimi keçmiş Azərbaycan vətəndaşlarının SEPAH-ın dəstəyi ilə yaratdığı “Hüseyniyyun” terror qruplaşması vasitəsilə artıq hərəkətə keçib.

Burada iki məqam xüsusilə diqqət çəkir:

Birincisi, qruplaşmasının verdiyi bəyanatdır: “Əgər Azərbaycan konsulluğu MOSSAD-ın nümayəndəliyi olacaqsa, Azərbaycan hüseynçiləri buna imkan verməyəcək”;

İkincisi, İran mediasının qruplaşmanın “etiraz aksiyası”nı “Təbriz gənclərinin İlham Əliyevə xəbərdarlığı” olaraq təqdim etməsidir.

Tehran rejimi konsulluğumuzu “MOSSAD yuvası” kimi təqdim etməklə müdaxiləyə əsas yaradır və istisna deyil ki, mümkün müdaxilə ssenarisi “Təbriz gənclərinin “MOSSAD yuvası”na etirazı” adı altında edilə bilər

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …