Bazar ertəsi , İyul 13 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəal İbrahim Əhmədpuru məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə yaşayan azərbaycanlı mili-mədəni fəal İbrahim Əhmədpuru məhkəməyə çağırıb.

Bununla bağlı azərbaycanlı fəala İran məhkəməsi elektron sistemi vasitəsilə çağırış göndərib.

Çağırışda azərbaycanlı milli fəaldan ona qarşı irəli sürülən ittihamlara cavab vermək üçün mayın 10-da rejimin Təbrizdə yerləşən  İnqilab Məhkəməsinin 1-ci şöbəsinə getməsi tələb edilib.

Molla rejimi Əhmədpura qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürüb.

Bundan öncə həbs edilən və

Qeyd edək ki, Mədəni Universitetinin siyasi elmlər institutunun tələbəsi olan İbrahim Əhmədpur fevralın 27-də Şərqi Azərbaycan əyaləti polisinin təhlükəsizlik bölməsinə çağrıldıqdan sonra həbs edilmişdi. O, Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin üzvüdürlər və həminmərkəz Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra təzyiqlərlə üzləşib və fəaliyyəti dayandırılıb. Azərbaycanlı fəal martın 2-də 400 mlyon tümən girov qarşısında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

ABŞ İranın iddialarını təkzib etdi: Hörmüz boğazı açıqdır

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında gəmi hərəkətinin davam etdiyini və su yolunun naviqasiya …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsunun türkiyəli qonaqlarla görüşü-Şəkil

GADTB: 10 iyul tarixində Avstraliyanın Sidney şəhərində Avstraliya Azərbaycan Assosiasiyasının rəhbərliyi ilə Türkiyədən gedən qonaqlar …