Qafanda İran məhsulları sərgisi və investisiya imkanları konfransı keçirilir

GADTB: Ermənistanın Qafan şəhərində İranın Araz Azad Ticarət Zonasında istehsal olunan məhsulların iki günlük sərgisi və investisiya imkanları konfransı erməni iş adamlarının və əhalisinin fəal iştirakı ilə dünən öz işinə başlayıb.

 “Shahre Bours” saytının yazdığına görə, Araz Azad İqtisadi Zonası Təşkilatı, Qafan Bələdiyyəsi və İran İslam Respublikasının Qafandakı Konsulluğunun iştirakı ilə keçirilən tədbirdə adıçəkilən azad iqtisadi zonada fəaliyyət göstərən 20 şirkətin məhsulları regional əl işləri ilə yanaşı nümayiş etdirilib və erməni iş adamları, habelə Qafan əhalisi tərəfindən böyük coşqu ilə qarşılanıb.

Sözügedən sərginin İran istehsalı olan məhsulların Ermənistana ixracını artırmaq və Araz Azad İqtisadi Zonasını beynəlxalq miqyasda tanıtmaq üçün bir fürsət olduğu və İranın iqtisadi diplomatiya strategiyasının reallaşması istiqamətində keçirildiyi bildirilib./Azad Iran

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …