Arəş Sadiqi Tehran İnqilab Məhkəməsinin qərarı ilə 4 il 3 ay müddətinə həbsə məhkum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Arəş Sadiqi Tehran İnqilab Məhkəməsinin qərarı ilə 4 il 3 ay müddətinə həbsə məhkum edilib.

Fəalın vəkili Ramin Səfərnia deyib: məhkəmə iclasının keçirilməsindən sonra müvəkkilim Arəş Sadiqinin hökmü Tehran İnqilab Məhkəməsinin sədri İman Əfşarinin qərar çıxarıb.

Bu qərara əsasən, cənab Arəş Sadiqi toplaşmaq və sövdələşmə ittihamı ilə üç il yeddi ay, rejim əleyhinə təbliğat ittihamı ilə isə 8 ay həbs cəzasına məhkum edilib.

Bu keçmiş siyasi məhbus ötən ilin fevral ayının əvvəlində Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən 5 il səkkiz ay həbs və əlavə cəzalara məhkum edilib və onun məhkəməsi aprelin 22-i çərşənbə axşamı həmin şöbədə keçirilib.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …