Azərbaycanın hərbi təyyarələri Türkiyədə uçuşlar həyata keçirdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimində növbəti tapşırıqlar icra olunub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları Su-25 hücum və ikiyerli təlim-döyüş F-16 qırıcı təyyarələrində türkiyəli pilotlarla birgə uçuşlar, eləcə də plana uyğun müxtəlif tapşırıqlar yerinə yetiriblər.

Təlim uçuşları zamanı pilotlarımızın F-16 tipli təyyarələrin idarə olunması üzrə bilik və bacarıqları, uçuş heyətinin ümumi hazırlığı yoxlanılıb.

Təlimdə, həmçinin Türkiyə və xarici ölkələrin fotoqrafları da iştirak ediblər.

Fotoqraflar bazalanma aerodromunda təlimdə iştirak edən aviasiya vasitələri, o cümlədən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 hücum təyyarələri ilə yaxından tanış olub, təhlükəsizlik qaydalarına riayət etməklə uçuş-enmə zolağında pilotlar tərəfindən yerinə yetirilən tapşırıqları izləyiblər.

Sonda təlimdə aviasiya vasitələrinin qısa intervalda nümunəvi uçuşları icra olunub, Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Yıldızları” aviaqrupu müxtəlif manevrlər ediblər.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …