Bazar , Oktyabr 18 2026
azfa

Güney Azərbaycanın Qaradağ bölgəsində tarixi abidə məhv edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Vərziğan bölgəsində yerləşən tarixi karvansaray tamamilə dağılmaq üzrədir.

Səfəvilər dövründə inşa edilən və Azərbaycanın ən böyük tarixi karvansaraylarından olan tikilinin qanunsuz tarixi əşya qaçaqmalçıları tərəfindən dağıdıldığı bildirilir.

Fəallar tarixi abidənin bərpası və qorunması ilə bağlı əyalətin Mədəni İrs Təşkilatına müraciət etdiklərini, ancaq müsbət cavab ala bilmədiklərini yazıblar.

Qeyd edək ki, Vərziğan karvansarayı 19 mart 2007-ci ildə 18912 qeydiyyat nömrəsi ilə İran milli əsərləri siyahısına salınsa da, bərpasına vəsait ayrılmayıb. Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Təbrizdə yox olmaq üzrə olan onlarla tarixi abidənin bərpası və qorunması istiqamətində isə İranın məsul orqanı heç bir addım atmır.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …