Ermənilər döyüş PUA-ları ilə Azərbaycan mövqelərinə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyiyi məlumat yayıb.

Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.

Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.

“Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – məlumatda qeyd edilib.

Həmçinin yoxlayın

Vahid Əbhərinin müvəqqəti azadlığa buraxılması üçün girov yeni ittihamla ağırlaşdırılıb

GADTB: Azərbaycanlı milli-siyasi fəal Vahid Əbhəriyə qarşı Təbriz Ümumi və İnqilab Prokurorluğunun 3-cü istintaq şöbəsində …

Molla rejimi Hörmüz boğazına nəzarəti saxlamaq üçün sığorta məsələsini gündəmə gətirir

GADTB: İrqçi fars-molla rejimi Hörmüz boğazına nəzarəti saxlamaq üçün sığorta məsələsini gündəmə gətirir. Bu məqsədlə …