Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi Təbriz Tibb Universitetinin öyrənciləri təhsildən məhrum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz Universitetin İnzibat Komissiyasının verdiyi qərara görə, Tibb Elmləri Universitetinin 9 ööyrəncisi iki semestr təhsildən kənarlaşdırılma cəzasına məhkum ediliblər.

Buna, öyrəncilərin qız məktəblərində şagirdlərin kütləvi zəhərlənmələrinə etiraz etmələri səbəb olub.

Universitetin İnzibat Komissiyasının verdiyi qərarda təhsildən məhrum edilən tələbələr “iğtişaş və qarışıqlıq yaratmaq”da ittiham olunublar.

Bundan bir müddət öncə isə Təbriz Universitetinin 40 tələbəsinə mesaj göndərilib və onlardan İntizam Komissiyasına getmələri istənilib.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb, onların bir çoxuna qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …