Böyük yeddilər İranın nüvə proqramı və dağıdıcı siyasətindən narahatdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Böyük yeddiliyin Yaponiyanın Xirosima şəhərində keçirilən zirvə görüşündə bir sıra qlobal miqyaslı taleyüklü məsələlərlə bağklı bəyantalar səsləndirilib. Həmin görüşdə İranın daxili və xarici siyasət kursundakı neqativ məqamlar da diqqətdən kənarda qalmayıb.

G7 ölkələrinin rəhbərlərinin birgə bəyanatında İranın nüvə proqramı və regional rolu ilə bağlı narahatlıq ifadə edilir. Əsas məqam isə İranın nüvə proqramı ətrafında gərginliyin durmadan artmasıdır.

Problemə məhz bu prizmadan yanaşan Böyük yeddilik ölkələri İranın nüvə silahı əldə etməsinə icazə verməməkdə qərarlıdırlar.

“Biz İranın sabitliyi pozan fəaliyyətlərinin, o cümlədən dövlət və qeyri-dövlət subyektlərinə raketlər, pilotsuz təyyarələr və əlaqəli texnologiyaların göndərilməsinin davam etməsindən dərin narahatlığımızı bildiririk” – bəyanatda vurğulanır.

Həmçinin, Ağ Evin yaydığı bəyanatda bildirilir ki, G7 ölkələrinin liderləri nüvə silahı olmayan dövlətləri Rusiya, İran, Çin və Şimali Koreyanı nüvə gərginliyini artırması və kütləvi qırğın silahlarının yayılması siyasətinin qarşısının alınmasına dəstək verməyə çağırıblar.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …