Əhməd Obalının son durumu ilə bağlı açıqlama yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz ABŞ-da vəhşicəsinə döyülüb.  Hadisə Əhməd Obalının Azərbaycandan dönüşündən 1 gün sonra baş verib.

Günaz.TV-nin Bakı ofsinin rəhbəri Araz Obalı bununla bağlı deyib:

“Əhməd bəy Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb.

Hal-hazırda durumu orta ağırdır.

Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, özəlliklə boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb.

Qollarını və ayaqlarını hiss etmir. İnşallah, ayağa qalxandan sonra hadisə ilə bağlı detallı bilgiləri özündən eşidəcəyik.

Araz Obalı bildirib ki, hadisə ilə bağlı araşdırma davam edir.

“Polis hücumu həyata keçirənlərin həbs olunduğunu bildirib. Ancaq onların sayı məlum deyil”-deyə, Araz Obalı bildirib.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası İranda mətbuat azadlığına qoyulan məhdudiyyətləri sərt şəkildə tənqid edib

GADTB: Təşkilatın yüz illik yubileyini qeyd etmək üçün Parisdə keçirilən Dünya Konqresində qəbul edilən və …

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …