Cümə axşamı , May 7 2026
azfa

Təbrizdə etirazçılar Rəisinin yolunu kəsdi, kortej istiqaməti dəyişdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Təbrizdə iyunun 9-u günortadan sonra İran prezidenti İbrahim Rəisiyə qarşı etiraz aksiyası keçirilib.

Aksiyaçılar iki günlük səfərini başa vurub, Təbrizi tərk etmək üçün hava limanına yollanan İran prezidentinin kartejinin qarşısına çıxmaq istəyiblər.

Prezidentin verdiyi vədlər və səfərin nəticələri ilə bağlı sualları olduğunu deyən etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma yaşanıb. Əraziyə çox sayda xüsusi təyinatlı qüvvələr cəlb olunub.

Yol bağlandığı üçün İbrahim Rəisinin kortejinin marşrutu dəyişdirilib.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …