Çərşənbə , May 6 2026
azfa

İrqçi molla rejimi qaşqay türklərinin milli geyimlərini qadağan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi qaşqayların öz əraziləri olan Fars əyalətinə qaşqay türklərinin milli geyimlərdən istifadə etməsinə qadağa qoyulması ilə bağlı sərəncam göndərib.

Sərəncam Fars əyalətinin Sənaye və Mədən Baş İdarəsi tərəfindən verilib.

Restoran, turizm mərkəzləri və istirahət yerlərinin müdirlərinə göndərilən sərəncamda qeyd edilib ki, bu “İran etnik qruplarının ləyaqət və şəninə xələl gətirməmək”lə bağlıdır.

Qeyd edək ki, xüsusilə son illər İranda 3 milyondan çox sayı olan qaşqay türklərinə qarşı təzyiqlər artıb. Onların kompakt yaşadıqları bölgələrdən köçürülməsi, milli geyimləri ilə ictimai yerlərə buraxılmamaları etirazlara səbəb olub.

Həmçinin yoxlayın

ABŞ İraqda İranla əlaqəli silahlı qrupların təsirinin azaldılmasını tələb edir

GADTB: ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi Vaşinqtonun İraqın gələcək baş nazirindən İranla əlaqəli silahlı …

Tarixi Azərbaycan ərazisi olan Şəhriyarda ticarət mərkəzində dəhşətli yanğında ölənlərin sayı artmaqdadır

GADTB: Tarixi Güney Azərbaycan ərazisi olan Kərəc yaxınlığında yerləşən Ərğəvan ticarət mərkəzində baş verən böyük …