Cümə axşamı , May 7 2026
azfa

Molla rejimi azərbaycanlı fəalı həbs və əlavə cəzalara məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Tehrandakı Evin həbsxanasında məhbus olan azərbaycanlı fəal Mahmud Ocaqlı Tehran İnqilab Məhkəməsi tərəfindən 16 il həbs və əlavə cəzalara məhkum edilib.

Mahmud Ocaqlı İslam Cinayət Məcəlləsinə görə, “İslam Respublikası əleyhinə təbliğat aparmaq”, “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə Azərbaycanın Milli Hərəkat Qrupuna üzv olmaq” və “insanları döyüşə və bir-birini öldürməyə təhrik etmək” ittihamları ilə ümumilikdə 16 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Mahmud Ocaqlu keçən il Tehranda iş yerində rejimin məmurları tərəfindən həbs edilib və ona qarşı “rejim əleyhinə təbliğat” və “milli təhlükəsizliyi pozmaq niyyəti ilə konsensus və sövdələşmə” ittihamı irəli sürülüb.

O, həbsdə olduğu müddətdə vəkillə təmin olunmayıb və onun ailəsi ilə görüşməsinə icazə verilməyib, həmçinin məhkəmə orqanları onun zaminə buraxılmasına mane olub.

Həmçinin yoxlayın

Molla rejimi Həmədanda 40 vətəndaşın əmlakını “vətənə xəyanət” ittihamı ilə müsadirə edib

GADTB: İran məhkəmə sistemi Həmədan əyalətində 40 nəfərin əmlakının “vətənə xəyanət” və “düşmənlə əməkdaşlıq” ittihamları …

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …