Bazar , Oktyabr 18 2026
azfa

Güney Azərbaycanın Təbriz və Sulduz şəhərlərində Urmiya gölü ilə bağlı vərəqələr yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Güney Azərbaycanın Təbriz və Sulduz şəhərlərində Urmiya gölü ilə bağlı vərəqələr yayılıb.

İyulun 27-da Təbriz və Sulduz (Nəqədə) şəhərlərində milli fəallar ictimai yerlərdə Urmiya gölü mövzusunda çap edilmış yüzlərlə yazılı vərəqə və poster yayıblar.

Yazılı vərəqələrdə İmam Hüseyn faciəsindən və Kərbəla çölündəki susuzluq barədə təbliğat aparan Tehran hakimiyyətinin milyonlarla insanın həyatına mənfi təsir göstərəcək Urmiya gölünün faciəsinə biganə yanaşdığı tənqid edilib.

Azərbaycanlı fəallar Güney Azərbaycanda əhaliyə çağırış edərək onların ağır iqtisadi şərayitdə yaşadıqları halda Urmiya gölünün quruması ilə daha ağır vəziyyətə düşəcəkləri barədə xəbərdarlıq edilib, problemə qarşı etiraz etmələri istənilib.

“Bu problemin qarşısında susmaq azərbaycanlıların hamısının yeni faciələrlə üzləşməsinə, məcburi şəkildə ata-baba yurdlarından başqa yerlərə köçmələrinə səbəb olacaq”,- sulduzluların yaydıqları yazılı vərəqələrdə qeyd edilib.

Qey Qeyd edək ki, son günlər Təbriz, Ərdəbil, Urmiya və başqa şəhərlərdə ekologiya və milli-mədəni  sahədə çalışan fəallar yazılı vərəqələr, posterlər yayaraq problemin diqqətdə saxlanılmasına çalışırlar.

Molla rejiminin Güney Azərbaycanda törətdiyi ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmiya gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə “#Urmu_Araz_Üçün_Birlik” həştəqi altında kampaniyaya start verilib.

Bununla yanaşı müxtəlif aksiyalarla da rejimin Urmiya gölünü qurutmasına qarşı etirazlar baş verir.Ekofəallar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa, Tehran hakimiyyətinin Azərbaycanın təbiət incisini məhv etməsinə imkan verməməyə çağırıblar.d edək ki, faşist-fars molla rejimi Urmiya gölünə tökülən çayların üzərində tikilən və gölün qurumasının əsas səbəbi olan bəndlərin fəaliyyətini dayandırmır.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …