Bazar ertəsi , Sentyabr 21 2026
azfa

İran kimyəvi silah istehsalı üçün Suriyanın kimyəvi silahlar sektorunu ələ keçirmək niyyətindədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “İran Suriyanın kimyəvi silahlar sənayesinin önəmli sektorlarını ələ keçirməklə,  bu mərkəzlərdə qabaqcıl sılahlar istehsal etmək və Livanın Hizbullahına ötürmək niyyətindədir.” Bunu İsrailin Alma Tədqiqat Müəssisəsi açıqlayıb.

Müsəssisə, həmçinin, bildirib ki, Suriya öz elmi araşdırmalar və tədqiqat mərkəzində hələ də kimyəvi maddələr istehsal edir. Həmin maddələr hərbi istifadəyə yararlıdır.

“İran həmin mərkəzlə əlaqəli olan 10 təsisatın bəzisindən İraqdan Suriyaya marşrut kimi Livanın Hizbullahına silah çatdırmaq məqsədilə istifadə edir.

İran Suriyanın ərazisində Kruz və digər raketlər, həmçinin PUA istehsal etmək istəyir. Bu səbəbdən Suriyanın Elmi Araşdırmalar və Tədqiqat Mərkəzinin imkanlarından yararlanır.

Hərbi qarşıdurma olarsa, Hizbullah həmin kimyəvi silahlardan İsrailə qarşı istifadə edə bilər. İsrail isə belə bir vəziyyətdə həmin kimyəvi silahların Suriya və Livanın hər hansı bölgəsində depolarına həmlə edəcək.” -deyə İsrailin Alma müəssisəsi öz hesabatında bildirib.

Həmçinin yoxlayın

Təbrizin mərkəzində ermənilər üçün təmin olunan hüquq, azərbaycanlılar üçün illərdir əlçatmaz arzu – VİDEO

GADTB: Təbriz – siyasətin beşiyi və Azərbaycanın ürəyi – acı və danılmaz bir paradoksun şahididir: …

Təbriz uşaqlarının dil kimliyinin dövlət televiziyası vasitəsilə təhrif edildi – VİDEO

GADTB: Məktəblərin açılması ərəfəsində Təbrizin Kula-Fərəngi malikanəsindən uşaqlar üçün xüsusi proqramın canlı yayımlanması Azərbaycan türklərinin …