İran adlanan ölkənin nüvə silahı istehsalına dair gizli proqramı aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Birləşmiş Ştatları (ABŞ) İran adlanan ölkənin nüvə silahının istehsalı üzrə gizli proqrama malik olduğunu aydınlaşdırıb. Ağ Evin rəsmi “Twitter” səhifəsində bu barədə məlumat yayıb.

Həmin məlumatda deyilir ki, “İsrailin İranın nüvə proqramı ilə bağlı bəyanatına gəldikdə: bu faktlar ABŞ-ın uzun müddət bildikləri ilə üst-üstə düşür. İranın nüvə silahlarının istehsalına dair əsaslı və gizli proqramı var”.

Qeyd edək ki, ötən gün İsrailin baş naziri B.Netanyahu İran adlanan ölkəni nüvə silahlarının istehsalına dair arxivləri gizlətməkdə günahlandırıb. Bu bəyanatı Tehranda “cəfəng şou” adlandırıblar.

 

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …

Bir cavab yazın