Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejimi Vərziğanda azərbaycanlı fəalı həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Süngün mis mədəninin işçisi, ekofəal və işçi fəalı İsmayıl Heydəri molla rejimi tərəfindən həbs edilib.

Azərbaycanlı işçinin Vərziğan şəhərinin prokuroru Yasin Xakpəraqinin qərarı ilə həbs edildiyi bildirilir.

İsmayıl Heydərinin ətraf mühitin mədən istismarçıları tərəfindən məhv edilməsinə və işçilərin işdən qovulmalarına etiraz etdiyi üçün həbs edildiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl Süngün Mis Mədənindəişləyən azərbaycanlı işçilər əmək haqlarının azlığına, əmək haqlarının uzun müddət ödənilmədiyinə görə dəfələrlə etiraz aksiyası keçirib, işi dayandırmışdılar. Etirazlara qatılan onlarla işçi işdən qovulub və ya bir neçəsi saxta ittihamlarla həbs edilmişdi.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …