Bazar , Sentyabr 20 2026
azfa

Qarabağa köçürülən əhalinin sayı açıqlandı

GADTB: Böyük Qayıdış proqramı çərçivəsində indiyədək 1767 nəfər məcburi köçkün doğma yurduna qovuşub.

Bu barədə Axar.az-ın sorğusuna cavabl olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, 108 ailə (526 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 234 ailə (904 nəfər) Laçın şəhərinə, 70 ailə (247 nəfər) Füzuli şəhərinə köçürülüb.

Köçürülənlər əsasən, Bakı, Sumqayıt və Abşeron olmaqla müxtəlif ərazilərdə, tikintisi yarımçıq qalmış bina, yataqxana, sanatoriya, pioner düşərgəsi və digər inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Sabah isə Zabux kəndinə ilk köç başlayacaq və 88 nəfər – 20 ailə yola salınacaq.

Beləliklə, doğma yurduna qayıdanların sayı 1855-ə çatacaq.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …