Bazar ertəsi , May 4 2026
azfa

İrəvanda keçiriləcək azad və xüsusi iqtisadi zonalar sərgisində 60 İran şirkəti iştirak edəcək

GADTB: Araz Azad İqtisadi Zonası Təşkilatının sədrinin iqtisadi və investisiya məsələləri üzrə müavini Əli Nəvid 25-27 avqust tarixlərində Ermənistan paytaxtında azad və xüsusi iqtisadi zonaların investisiya paketləri və ixrac imkanları sərgisinin keçiriləcəyinə və sərgidə İrandan dövlət və özəl sektor üçün 70 stendin yer alacağına toxunaraq deyib:

“Sərgidə özəl sektordan 60 İran şirkəti iştirak edəcək, onların 50%-dən çoxu isə Araz Azad İqtisadi Zonasında istehsalatla məşğuldur. Həmin şirkətlər Ermənistan və Avrasiya İttifaqına ixracın marketinqi və inkişaf etdirilməsi məqsədi ilə sərgiyə qatılır”.

Sərginin açılışında Ermənistanın İqtisadiyyat nazirinin də iştirak edəcəyini bildirən Əli Nəvid qeyd edib: “İranın Ermənistandakı səfirliyinin təşkilatçılığı ilə sərgi çərçivəsində Ermənistanın iqtisadiyyat və infrastruktur nazirləri, gömrük və ekologiya qurumlarının rəsmiləri ilə görüşlər keçiriləcək”.

O, Ermənistanın biznes və turizm sektorunun nümayəndələrinin və investorlarının da sərgiyə dəvət olunduğuna diqqət çəkərək əlavə edib: “Tədbirə qatılacaq İran şirkətləri tikinti, metal, avtomobil hissələri, məişət texnikası, yuyucu vasitələr, kosmetika, qida, kimya və neft emalı məhsulları, geyim, çanta və ayaqqabı, tibb və turizm xidmətləri sahələrində fəaliyyət göstərirlər”./ Azad İran

Həmçinin yoxlayın

Tehranın danışıqlarda geri addım atdığı bildirilir: uranın zənginləşdirilməsinin dayandırılması və Hörmüzün açılması təklif edilib

GADTB: Yayılan məlumatlara görə, İran müharibənin başa çatdırılması üçün irəli sürdüyü yeni təklifdə uranın zənginləşdirilməsinin …

İran sahilləri yaxınlığında yük gəmisinə hücum edildiyi bildirilir

GADTB: Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı bazar günü açıqlama yayaraq İran sahilləri yaxınlığında hərəkətdə …