Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimi Təbrizdə bəzi yerlərdə elektrik enerjisinin verilişini dayandırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin bir çox bölgələrində elektrik enerjisinin kəsilməsi halları çoxalıb.

Elektrik enerjisində kəsintilərin olması səbəbindən Təbriz hava limanının fəaliyyətində problemlər yaranıb, Təbriz-İstanbul uçuşu bir saat gecikib.

Bununla yanaşı, avqustun 23-ü gecə saatlarından başlayaraq bir neçə bölgədə, o cümlədən, on minlərlə ailənin məskunlaşdığı Əndişə şəhərciyinə elektrik enerjisinin verilişi dayandırılıb.

Qeyd edək ki, Təbrizin əksər bölgələrində 3 həftədən çoxdur içməli suyun verilişində də problemlər yaşanır.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …