
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından Mehrdad Şeyxi dünən saat 11 radələrində Ərdəbil şəhərində atasının evində həbs edib.
Rejimin ETTELAAT qüvvələri fəalı həbs etməklə yanaşı, evdə axtarış aparmış və fəala məxsus şəxsi əşyaları müsadirə edərək aparmışlar.
Qeyd edək ki, hələlik azərbaycanlı milli fəalın həbsinin səbəbləri və hazırda harada olması barədə dəqiq məlumat yoxdur.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi