Rejimin həbs etdiyi azərbaycanlı müəllimin müalicəsinə icazə verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı müəllim və ictimai fəal Cəfər İbrahiminin səhhəti ağırlaşıb. Bu barədə onun vəkili Kərəm Veysi məlumat yayıb.

O, sentyabrın 3-də Cəfər İbrahiminin xəstəxana adı ilə Evin həbsxanasından çıxarılaraq Qızılhisar həbsxanasına köçürüldüyünü deyib.

“Bir neçə xəstəlikdən əziyyət çəkən Cəfər İbrahiminin səhhətinin ağır olmasına baxmayaraq, müalicəsinə imkan verilmir. Köçürülmə zamanı ona lazım olan vacib dərmanlarını və şəxsi əşyalarını götürməyə imkan verilməyib”, – deyə vəkil bildirib.

Qeyd edək ki, Həmədan şəhərindən olan Cəfər İbrahimi İran Müəllimlər Birliyinin 2022-ci il mayın 1-nə təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə, aprelin 30-da təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

O, “əlbir olmaq və toplaşmaq”, habelə “hökumət əleyhinə təbliğat” ittihamlarına görə 5 il azadlıqdan məhrum edilib.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …