Şənbə , Sentyabr 19 2026
azfa

Urmiya gölünün quruması İranın su siyasətinin yanlış olduğunu göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Su İnstitutunun siyasətin inkişaf etdirilməsi üzrə koordinatoru Tobi Evrim Mədənin yazdığı “İranda xroniki su problemi” adlı hesabata əsasən, İranın böyük su ehtiyatları problemi var və İran buna görə, dünya ölkələri arasında iyirmi dördüncü yerdə qərarlaşır.

Bu hesabatda su probleminin səbəbləri arasında İranda əhalinin sıxlığının artması, düzgün olmayan su siyasəti, iddialı kənd təsərrüfatı siyasətləri və qısamüddətli dayanıqsız layihələr göstərilib.

İranda bəndlərin qeyri-səlis tikintisi və su ehtiyatlarından düzgün istifadə edilməməsi ilə 14 çayın və 40 bənd su anbarının şoranlığı artıb, ölkə torpağının üçdə ikisinin səhralaşması başlayıb, yeraltı suların səviyyəsi aşağı düşüb.

Əhalinin sıx məskunlaşdığı ərazilərdə su ehtiyatlarının olmaması son illər içməli su problemlərinə səbəb olub.

Həmçinin yoxlayın

Türkiyə İstanbulda İranın Bank Millət filialının fəaliyyət icazəsini ləğv edib

GADTB: Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumu (BDDK) İranın “Bank Millət” bankının İstanbulda yerləşən mərkəzi …

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …