Azərbaycanlı fəallar tarixi Azərbaycan ərazisi olan Kərəcdə etiraz plakatı asdılar

GADTB: azərbaycanlı fəallar tarixi Azərbaycan ərazisi olan Kərəcdə etiraz plakatı asıblar.

Sentyabrın 6-da Kərəcin mərkəzi küçələrindən birində yerüstü piyada keçidindən etiraz plalatı asılıb.

Bununla azərbaycanlı milli fəallar İranda hakim şovinizm və panfarsizmin başqa millətlərə qarşı istismarçı siyasətinə etiraz ediblər.

Azərbaycanlı fəalların asdığı plakatın üzərində yazılıb: “Məzlum xalqların mədənlərinin və təbii sərvətlərinin talanmasına “yox” deyirik! İqlimi dəyişdirmək və yandırılmış torpaq strategiyasını həyata keçirməklə İranda insanları köçə məcbur etmək panfarsizm və İranşəhri ideologiyasının əsas hədəflərindəndir. Urmu gölünün qurudulması bu strategiyanın reallaşdırılması yönündə atılan addımdır. İran coğrafiyasında hakim olan bu panfarsizm sisteminin əməllərini qətiyyətlə pisləyirik. Azərbaycanın istismar edilməsinə son verəcəyik!”.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …