Cümə axşamı , Aprel 30 2026
azfa

Azərbaycan Qarabağda erməni sakinlər üçün daha 2 maşın yanacaq göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha 2 nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilib.

26 sentyabrda hər biri dizel və benzin yüklü avtomobillər Xankəndiyə yola salınıb.

Yük avtomobilləri 30 illik fasilədən sonra yeni açılan Ağdam-Əsgəran-Xankəndi yolu ilə göndərilib.

Qeyd edək ki, yanacaq sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələrinin bölgəyə yanacaq göndərilməsilə bağlı xahişləri nəzərə alınaraq göndərilib.

Bundan öncə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 30 ton benzin, 34 ton dizel yüklü iki avtomobil Qarabağa yola salınmışdı.

Həmçinin yoxlayın

Qrossi: Yüksək zənginləşdirilmiş uranın əsas hissəsi İsfahan nüvə kompleksində saxlanılır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran …

Güney Azərbaycanın tanınmış hüquqşünası və jurnalisti İsa Nəzəri vəfat edib

GADTB: Güney Azərbaycanın tanınmış hüquqşünası, jurnalisti və “Nəvid Azərbaycan” həftəlik jurnalının baş redaktoru İsa Nəzəri …