Bazar , Sentyabr 20 2026
azfa

Urmiya gölünün qurudulmasına qarşı simvolik etiraz aksiyası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə Urmiya gölünün qurudulmasına qarşı simvolik etiraz aksiyası keçirilib.

Dünən Təbriz şəhərində Güney Azərbaycan rəqs kursunun bir qrup üzvü video paylaşaraq Urmiya gölünün qəsdən qurudulmasına öz simvolik etirazlarını nümayiş etdiriblər.

Rəqs qrupunun üzvləri Urmiya gölünün təsviri və üzərində “Nəfəs, su, torpaq” yazısı olan köynəklər geyinərək etirazlarını bildiriblər.

Videoda rəqs qrupunun üzvlərindən biri deyir: “Bizə su, bizə nəfəs, günəşə deyin çıxmasın daha, tufanlar gəlməsin, şimşəklər çaxsın, buludlar oynasın, gözlər ağlasın. Körpəmiz (Urmiya gölü) susuzdur!”

Həmçinin yoxlayın

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …