Bazar , Sentyabr 20 2026
azfa

Azərbaycanlı siyasi məhbus və hüquq müdafiəçisi Nobel mükafatının qalibi oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan bölgəsindən olan həbsdə olan azərbaycanlı qadın hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü il Nobel Sülh Mükafatını qazanıb.

Nobel Komitəsindən bu gün verilən açıqlamaya görə, Nərgiz Məhəmmədi molla rejimi tərəfindən qadınlara edilən zülmə qarşı mübarizə apardığı və hamı üçün insan hüquqları və azadlığın təşviqi üçün göstərdiyi səylərə görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, Nərgiz Məhəmmədi Güney Azərbaycanın Zəngan şəhərindən olan azərbaycanlı hüquq müdafiəçisidir. Bundan öncə 2003-cü ilin 10 oktyabr tarixində isə Güney Azərbaycanın Həmədan şəhərindən olan Şirin İbadi bu mükafatı qazanmışdı.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …