Cümə axşamı , İyul 30 2026
azfa

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycana səfər edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycana səfər edib.

Ersin Tatar və onun rəhbərlik etdiyi nümayəndə heyətini daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

E.Tatarın Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir. O, eyni zamanda, Bakıda təşkil olunacaq Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək.

Xatırladaq ki, oktyabrın 13-14-də Bakıda Şimali Kiprin Mədəniyyət Günləri keçiriləcək.

Həmçinin yoxlayın

Siyamək Mirzayinin həbs müddəti uzadılıb; girov qarşılığında azadlığa buraxılacağı ilə bağlı vəd yerinə yetirilməyib

GADTB: Siyamək Mirzayinin ailəsinə yaxın mənbələrdən daxil olan məlumata görə, azərbaycanlı fəal barəsində bir aylıq …

SEPAH xüsusi təyinatlı qüvvələri İranın qərb sərhədlərinə göndərib

GADTB: SEPAH-a bağlı media hesabı X sosial şəbəkəsində yayımladığı məlumatda bildirib ki, İraq ərazisindən silahlı …