Çərşənbə , Sentyabr 23 2026
azfa

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatara Bakıda simvolik hədiyyə-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakıda keçirilən “Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət və Tanıtım Günləri”ndə “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatara və Kipr Türk İş Adamları Dərnəyinin (İŞAD) İdarə Heyətinin üzvü Tuyqun Töreyə türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərini simvolizə edən “Qarabağ Azərbaycandır” suvenir hədiyyəsini təqdim edib.

Şahin Əliyev Azərbaycan ilə Şimali Kipr dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsindən məmnunluğunu ifadə edərək “Ölkənizə xoş gəlmişsiniz!” deyib. Hədiyyəni qəbul edən prezident Ersin Tatar və Tuyqun Törə təşəkkürlərini bildiriblər.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …