Cümə , İyul 31 2026
azfa

Rejimin həbs etdiyi azərbaycanlı işçi fəalının müalicəsinə icazə verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin həbs etdiyi azərbaycanlı işçi fəalının müalicəsinə icazə verilmir.

Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı işçi fəalı Rza Şəhabinin xəstəxanaya köçürülməsinə icazə verilməyib.

Bir neçə xəstəlikdən əziyyət çəkən və ürək çatışmazlığı səbəbindən ağır vəziyyətdə olan fəal həbsxana geyimindən imtina etdiyinə görə tibbi yardımdan məhrum edilib.

Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Güney Azərbaycanın Şəbistər şəhərindəndir.

O, “hökumətə qarşı təbliğat” və “ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək 6 il azadlıqdan məhrum edilib.

Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il həbsdə qalıb. Həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyü üçün fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət almışdı.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının ilk peyki bu tarixdə buraxılacaq

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) ilk birgə peyki olan OTS-SAT-ın 2027-ci ildə buraxılması planlaşdırılıb. Bu …

ABŞ İranla bağlı qurumlara sanksiya tətbiq etdi

GADTB: ABŞ Xəzinədarlığı İranla əlaqəli qurumlara qarşı yeni sanksiyaları təsdiq edib. Xarici Aktivlərə Nəzarət İdarəsi …