Cümə axşamı , Aprel 30 2026
azfa

Türk dövlətlərinin Təhlükəsizlik Şurasının katiblərinin görüşü keçirildi

GADTB: Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin Təhlükəsizlik Şurasının katibləri regiondakı və dünyadakı təhlükəsizlik şəraitini və son hadisələri müzakirə ediblər.

Özbəkistanın Daşkənd şəhərində TDT Təhlükəsizlik Şurası katiblərinin 2-ci iclası keçirilib.

Toplantıda Azərbaycanı Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov təmsil edib.

İclasda təşkilata üzv ölkələrdə həyata keçiriləcək təhlükəsizlik tədbirləri barədə danışılıb.

Tərəflər TDT ölkələrini hədəf alan mövcud təhlükəsizlik təhdidləri və çağırışları ilə yanaşı, bəzi regional və beynəlxalq məsələlərin türk dünyasına ehtimal edilən təsirlərini detallı şəkildə müzakirə ediblər.

İclasda qurumun qəbul etdiyi qərarların həyata keçirilməsi üçün İşçi qrupun yaradılması və “yol xəritəsi”nin hazırlanması barədə razılığa gəlinib.

Həmçinin yoxlayın

İran mətbuat azadlığına dünyada sondan üçüncüdür

GADTB: “Sərhədsiz Reportyerlər” təşkilatının məlumatına görə, 2026-cı ildə İran mətbuat azadlığı baxımından dünyanın ən pis …

BMT İranda edamların dayandırılmasına çağırıb

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato ölkə hakimiyyətini edamların dayandırılmasına çağırıb. O bildirib …